Mobil rabitə ödənişi ünvanlı sosial yardımda ehtiyac meyarı üçün indikator olacaq
Mobil rabitə xərcləri ünvanlı sosial yardımda ehtiyac meyarlarından biri olacaq, deyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi məlumat verir.
Yeni yanaşmanın müəllifi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bunun üçün Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) təkmilləşdirilməlidir. Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində "Azercell Telekom” MMC, "Azərfon” MMC, "Bakcell LTD” MMC ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə görüş baş tutub.
Bu, Sim-kart sahiblərinin cari və illik borcları və xərclərini müəyyən etmək imkanı verəcək. Yenilik bank sistemini də maraqlandırıb. Çünki bu, borcalanların kredit qabiliyyətini müəyyən etməyə kömək edəcək. --17D—
-
- Siyasət
- 14 Oktyabr 2015 19:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz