Moskvada Azərbaycanın ticarət nümayəndəsi təyin olunub
İqtisadiyyat naziri Şahin Mustafayev Ruslan Əliyevi Azərbaycanın Rusiyadakı səfirliyndə ticarət nümayəndəsi təyin edib. Nazir bu barədə AZƏRTAC agentliyinə müsahibəsində bildirib.
Ruslan Əliyev hüquqşünas və iqtisadçıdır. Moskva və Londonda ali təhsil alıb. Həm dövlət sektorunda, həm də özəl sektorda böyük təcrübəsi var, iqtisad elmləri namizədidir.
Nazir qeyd edib ki, ticarət-iqtisadi əməkdaşlığın artırılması və mövcud potensialdan maksimum istifadə olunması məqsədilə Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun təmirinə və yenidən qurulmasına, həmçinin “Azərbaycan evi”nin yaradılmasına başlanılıb.
Belarusda Azərbaycan Ticarət Evinin yaradılması üzrə işlər aparılır. Növbəti mərhələdə Ukraynada və digər ölkələrdə də ticarət evlərinin yaradılması planlaşdırılır.
Bu strukturların əsas vəzifəsi “Made in Azerbaijan” brendli malların bazarlrda irəli çəkilməsidir. 08D
-
- Cəmiyyət
- 7 Fevral 2017 15:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz