Müxtəlif satınalma metodlarının tətbiqi üzrə təlim kursu keçirilib
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ötən həftə dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün təlim kursu keçirib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, təlimin mövzusu “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” olub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də 3 dövlət komitəsinin (Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi) nümayəndələri müxtəlif satınalma metodlarının (açıq və qapalı, kotirovka sorğusu, təkliflərin sorğusu, birbaşa müqavilə) şərtləri barədə danışıblar.
Hesablama Palatasının illik hesabatlarında bildirilir ki, bir sıra hallarda satınalma təşkilatları düzgün olmayan satınalma metodları tətbiq edirlər. Halbuki «Dövlət satınalmaları haqqında» qanun 2001-ci ildən qüvvədədir. İndiyədək bu fakta görə heç kim cəzalandırılmayıb.
Bu ilin yanvarında Satınalmalar üzrə Dövlət Agentliyi ləğv olunub və onun səlahiyyət və funksiyaları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib. 2015-ci ildə Azərbaycanda 8000 satınalma müsabiqəsi keçirilib. 08D
-
- Çətin sual
- 11 İyul 2016 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz