NarMobile-dan OnAir xidməti
Noyabrın 6-da Bakıda 18-ci “Telekommunikasiya və informasiya texnologiyaları” - BakuTel-2012 beynəlxalq sərgisi işə başlamışdır. Bu sərgidə nardan hazırlanmış stendə sahib olan “NarMobile” bu dəfə yeni öz abunəçilərinə yeni xidmət təklif edib.
“NarMobile” Korporativ Ünsiyyət Vasitələri üzrə Rəhbəri Nigar Arpadari BakuTel sərgisində beşinci dəfə iştirak etdiyini və hər dəfə də bu sərgidə abunəçilərə yeniliklər təklif etdiyini bildirdi.
İlk dəfə olaraq, BakuTel2012 sərgisində “Nar Mobile” öz istifadəçilərinə “On Air” xidmətini təklif edir. Belə ki, “Azal”a məxsus təyyarələrdə səyahət edən sərnişinlərin tam mobil rabitə xidmətindən istifadə edə biləcəklər. Sərgidə, “Azal” hava yollarının “Bakı-Paris” reysi ilə texniki məşqə gedən Olimpiya çempionu Toğrul Əsgərovla telefon bağlantısı qurulub. - deyə Nigar Arpadari bildirib.
Qeyd edək ki,“BakuTel-2012” sərgisində bu il ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edir. Sərgi noyabrın 9-a kimi davam edəcək -26D-
-
- İqtisadiyyat
- 7 Noyabr 2012 15:56
-
- Cəmiyyət
- 7 Noyabr 2012 17:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz