Naxçıvanda inflyasiyanın qarşısını inzibati yolla ala bilməyiblər
Artıq 3 gündür Naxçıvan MR-da ərzaq bahalanır. Dekabr devalvasiyasından sonra anklavın hökuməti qiymət artımının qarşısını alırdı. Amma görünür, inzibati resurslar iqtisadiyyatın məntiqi qarşısında dayana bilməyib.
Naxçıvandakı mənbə Turan-a bildirib ki, bir çox idxal ərzağının qiyməti sürətlə bahalanır. Məsələn, əvvəllər 230 qramlıq kərə yağı 2,30 manat idisə, indi 3 manata satılır.
«İki devalvasiya dalğası Naxçıvanda müəyyən qiymət artımına səbəb oldu. Ədalət naminə deyək ki, inflyasiya Azərbaycanın başq aregionlarından çox aşağı idi. Amma Dövlətstatkomun gətirdiyi rəqəmlərlə razılaşmaq əsla mümkün deyil», deyə Naxçıvanın təhlükəsizlik mülahizələrindən adı açıqlanmayan müxalifətyönlü sakini Turan-a bildirib.
Azərbaycan DSK-nın məlumatına görə, yanvarda 2015-ci ilin yanvarı ilə müqayisədə NMR-da istehlak qiymətləri 4,5%, ərzaq 1,6% bahalanıb. Bakıda bu dövrdə istehlak qiymətləri 13,2%, ərzaq 21,4%, Gəncədə 15,9% və 24%, Sumqayıtda 11,9% və 16,6%, Masallıda 22,5% və 29,7% bahalanıb. 08
-
- Siyasət
- 16 Fevral 2016 13:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz