Naxçıvanda radiotezlikləri özləri müəyyən edəcəklər
Naxçıvan Muxtar Respublikasında (NMR) radiokommunikasiya vasitələrinin və yüksək tezlikli qurğuların effektivliyinin artırılması üçün Radiotezliklər üzrə Komissiya (TK) yaradılıb. Sədr funksiyasını NMR-in baş naziri yerinə yetirəcək. NMR Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 6-da müvafiq fərman imzalayıb.
RTK haqqında əsasnaməyə görə, (http://www.huquqiaktlar.nakhchivan.az/StatementDetails.aspx?statementId=1328) komissiya radiotezliklərin istifadəsinin tənzimlənməsi, şüalanmaya nəzarət və öz səlahiyyətləri daxilində olan başqa məsələlərə dair danışıqlarda iştirak edəcək nümayəndəlik üçün texniki tapşırıqlar və iş materialları hazırlayacaq.
Muxtar respublikada yerləşən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin radioelektron vasitələri üçün verilmiş radiotezliklərin razılaşdırılmasını və bu tezliklərin müəyyən olunmuş qaydada qeydiyyat işlərini aparacaq.
NMR rəhbəri NMR Nazirlər Kabinetınə tapşırıb ki, “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları”nı təsdiq etsin. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz