"NBC Bank" AMB-nin normalarına yaxınlaşır
"NBC Bank" ASC əlavə emissiya buraxıb nizamnamə kapitalını 27,4% - 46 mln 536,1 min manata çatdırmaq istəyir.
Bakı Fond Birjasının məlumatına görə, bank birinin nominalı 243,6 manat olan 41 min 51 səhm buraxmaq (cəmi 10 mln manat) istəyir.
Anderrayter "Texnika Kapital Menecment" MMC-dir.
Nizamnamə kapitalı 36 mln 536 min manat olan NBC Bank 1992-ci ildə "Ruzi bank" kimi yaradılıb. İndiki adı 2003-cü ildən daşıyır. --17D—
-
- İqtisadiyyat
- 8 Avqust 2014 15:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz