- İqtisadiyyat
- 8 Avqust 2014, 15:05
- 186
Yarım ildə BBVB-da elektron ticarət 200 mln-a çatmayıb
Yanvar-iyunda Bakı Banklararası Valyuta Birjasında (BBVB) elektron ticarət həcmi 193 mln 684 min manat olub.
Birjadan verilən məlumata görə, bu, ötən ilin eyni dövründəkindən 27,2% azdır. Ötən il bu göstərici 266 mln 38 min manat idi.
Birjanın məlumatına görə, iyulda Birja Elektron Ticarət Sistemində ("BEST") 42 ticarət sessiyası keçirilib və 16 əqd qeydə alınıb. Hərracların həcmi 33,866 milyon manat və ya dollar ekvivalentində 43,179 milyon təşkil edib.
Hər bir iyulda hər bir əddin orta həcmi $2 mln 699 min, orta gündəlik dövriyyə $2 mln 56 min olub. İyul ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,24%, ABŞ dolları üzrə isə 10,62% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 4,93% və ABŞ dolları ilə 4,84% olub. --17D—
-
- Siyasət
- 8 Avqust 2014 14:42
-
- İqtisadiyyat
- 8 Avqust 2014 15:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz