Neft Fondu 6 ay ərzində banklara $2,4 mlrd. dollardan çox vəsait satıb
Azərbaycan Neft Fondu bu ilin əvvəlindən yerli valyuta hərracları bazarında fəal oyunçu olmağa başlayıb. Onun rolu milli valyutanın – manatın dəstəklənməsindən ibarətdir. Belə ki, Mərkəzi Bankın vəsait çatışmazlığı səbəbindən manat əvvəlki sabitliyini itirib.
İyunun son günləri Neft Fondu demək olar ki, hər gün AMB-nin təşkil etdiyi hərraclarda 50 mln. həcmində dollar satıb. İyunun yekununda $450 mln. həcmində “neft valyutası” satılıb.
Interfax-Azerbaijan-ın hesablamalarına görə, Neft Fondu bu məqsədlə $2 mlrd. 436,9 mln. ayırıb. 2016-cı ilin 1-ci rübündə ümumi məbləği $1 mlrd. 253 mln. həcmində, 2-ci rübdə $1 mlrd. 183,9 mln. həcmində valyuta satılıb. –0--
-
- Cəmiyyət
- 1 İyul 2016 12:42
-
- İqtisadiyyat
- 1 İyul 2016 12:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz