SOCAR qaz-kimya kompleksi layihəsinin qiyməötini azalda bilib
SOCAR Qaz-kimya kompleksi layihəsinin ilkin qiyməti ($7 mlrd) ucuzlaşdırılıb və hazırda $4 mlrd təşkil edir. Bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, ucuzlaşmaya bir sıra amillər təsir edib. “Xərcləri azaltmaq üçün layihənin parametrini azaldıb QEZ-in illik gücünü 12 mlrd kubmetrdən 10 mlrd kubmetrə endirdik”, - deyə o bildirib.
O xatırladıb ki, qaz emalı və qaz-kimya zavodlarının tikintisinə SOCAR Yaponiyadan tərəfdaşlar cəlb etməyi planlaşdırırdı. Amma danışıqlar uğurlu olmayıb. Onlar risk qismində məhsulun daha ucuz qiymətini nəzərdə tuturdu. Xərclər çox olduğu üçün layihə yaponiyalılar üçün cəlbedici olmayıb.
Vitse-prezident bildirib ki, 2016-cı ilin iyununda Qaz-kimya kompleksi layihəsinin həyata keçirilməsi üçün SOCAR Çin Milli Neft Korporasiyası (CNPC), “Qazprombank”la, EKSAR kredit agentliyi və İtaliyanın SACE kredit agentliyi ilə memorandum imzalayıb.
«Hazırda təkliflər qiymətləndirilir. Neft bahalansa, Yaponiya şirkətləri yenidən bu layihə mövzusuna qayıda bilərlər», - deyə o bildirib. –12С--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz