Neft Fondundan artıq 49,79 mlrd manat xərclənib
2003-cü ildən bu yana Dövlət Neft Fondunun ümumi xərcləri 49,79 mlrd manat ($63 mlrd) olub.
2003-cü ildən 1 yanvar 2014-cü ilə kimi ARDNF-dən dövlət büdcəsinə transfertlər 46 mlrd 435 mln manat olub.
Fondun məlumatına görə, bundan başqa, 1 yanvar 2014-cü il üçün "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 367,1 mln manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 1 mlrd 69,4 mln manat yönəldilib.
ARDNF-nin məlumatına görə, fonddan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 1 mlrd 457,8 mln manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 87,8 mln manat, Star" neft emalı kompleksinin tikintisinə 372,6 mln manat yönəldilib.
ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlərə başlayıb.
ARDNF dövlət başçısının fərmanı ilə 29 dekabr 1999-cu ildə yaradılıb və dövlət başçısına hesabat verən orqandır. Fondda neft kontraktlarından, o cümlədən mənfəət neftinin və qazın satışından, neft və qaz nəqlindən, dövlət əmlakının icarəsindən və s. əldə edilən gəlirlər toplanır. –0--
-
- İqtisadiyyat
- 3 Fevral 2014 12:20
-
- Cəmiyyət
- 3 Fevral 2014 12:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz