Neft məhsulları ixracı 16% azalıb
ARDNŞ 2013-cü ildə dünya bazarlarına 1 mln 46,134 min ton neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 15,9% azdır, deyə ARDNŞ mətbuat xidməti «İnterfaks-Azərbaycan»a bildirib.
Qeyd edək ki, 2012-ci ildə şirkət xarici bazarlarda 1 mln 243 min 742 ton neft məhsulları satıb.
İxrac həcminin kəskin azalması ilk növbədə avtomobil benzini ixracının azalması ilə bağlıdır. Ötən il dizel yanacağı və aviasiya kerosini tədarükü də azalıb. –12B--
-
- İqtisadiyyat
- 8 Yanvar 2014 11:04
-
- Cəmiyyət
- 8 Yanvar 2014 12:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz