Rumıniya Azərbaycanı Gürcüstanın benzin bazarından çıxarıb
Azərbaycan müstəqillik illərində ilk dəfə öz xammalından istehsal etdiyi avtomobil benzininin ixracını dayandırıb. Avtomobil benzini yalnız Gürcüstana ixrac edilirdi. Statistikaya əsasən, Azərbaycanın avro-2 beniznini Rumıniyanın avro-5 və avro-6 benzini əvəz edir.
Gürcüstanda müxtəlif istehsalçılar üçün benzinin qiyməti 1 litr üçün 1,5 dollardır. İstehlak edilən benzinin 70%-i Aİ-92-dir.
ARDNŞ-nin məlumatına görə, 2013-cü ildə o, xarici bazarlara 14 min 250 ton avtomobil benzini çıxarıb. 2012-ci ildə bu göstərici 60 min 142 ton olub. Yəni 76,3% azalma var.
2013-cü ilin dekabrında ARDNŞ cəmi 52 ton avtomobil benzini ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 38 dəfə azdır.
Amma xatırladaq ki, ARDNŞ 2013-cü ildə Qazaxıstan neftindən istehsal edilən benzin ixrac edib. Bu barədə ötən ilin noyabrında ARDNŞ vitse-prezidenti Davud Məmmədov bildirib. Onun sözlərinə görə, Bakı NEZ-lərinə kiçik partiyalarla Qazaxıstan nefti daxil olub və ondan ixrac üçün benzin istehsal edilib. –12B--
-
- Cəmiyyət
- 8 Yanvar 2014 10:47
-
- İqtisadiyyat
- 8 Yanvar 2014 11:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz