Neft-qaz ixracının payı 1,6% azalıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan ümumi məbləği $16,2 mlrd.-dan çox neft-qaz məhsulları ixrac edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 7,2% azdır. Neft-qaz ixracının payı ölkənin mal ixracının ümumi həcminin 94,1%-nə bərabər olub ki, bu da ötən ildə olduğundan 1,6% çoxdur.
Ölkənin ödəniş balansının məlumatına görə, hesabat dövründə
neft ixracının ümumi həcmindən $14,8 mlrd.. (2011-ci ilin birinci yarısında $15,9 mlrd.) və ya 95% xam neftin, $805,3 mln. neft məhsullarının payına düşüb. Xam neftin ixracı strukturunda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin hasil etdiyi neftin həcmi $13,9 mlrd. ($14,9 mlrd.) təşkil edib. Hesabat dövründə ölkənin digər şirkətləri tərəfindən $908,1 mln. ($914,3 mln.), o cümlədən Dövlət Neft Şirkəti tərəfindən $839,1 mln. ($862,9 mln.) ixrac edilib.
Altı ay ərzində qaz ixracının həcmi $605 mln. (2011-ci ilin müvafiq dövründə $765 mln.) təşkil edib.--15B--
-
- İqtisadiyyat
- 11 Sentyabr 2012 16:22
-
- Siyasət
- 11 Sentyabr 2012 17:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz