Neft ucuzlaşandan sonra xarici ticarət dövriyyəsi ilk dəfə artıb
Bakı/17.02.17/Turan: Bu ilin yanvarında 117 ölkə ilə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən ilk dəfə 16,8% artaraq 1 mlrd 254,6 mln dollar olub, deyə Gömrük Komitəsi bildirir.
Ticarətin müsbət saldosu $354,5 mln olub.
Yanvarda $804,6 mln məbləğində mal ixrac edilib. Bu, ötən ilin yanvarındakından 25,7% çoxdur. İxracın 88,5%-i neft, neft məhsulları və qazın payına düşür. Dövlət müəssisələri $728,9 mln məbləğində məhsul ixrac edib.
Ötən ay idxalda da artım olub. İdxal həcmi 450 mln olub. Bu, ötən ilin yanvarındakından 3,6% çoxdur. Nəzərə almaq lazımdır ki, bu, 2016-cı ilin fevralından ən aşağı mal idxalı göstəricisidir.
Yanvarda dövlət müəssisələri $44,9 mln məbləğində mal idxal edib. Bu, ötən ilin yanvarındakından $4,6 mln çoxdur. Qeyd edək ki, 2016-cı ildə prezident dövlət müəssisələrinin mal idxalının dayandırılması barədə sərəncam verib. Bu cür idxal yalnız istisna kimi həyat keçirilə bilər.
2016-cı ilin yanvarında xarici ticarət dövriyyəsi əvvəlki ilin yanvarına nisbətən 40.62 % azalmışdı. 08D
-
- İqtisadiyyat
- 17 Fevral 2017 12:23
-
- İqtisadiyyat
- 17 Fevral 2017 12:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz