Neftdən asılılıq xarici ticarət dövriyyəsinə pis təsir edib
Bu ilin yeddi ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $ 18,13 mlrd olub. Bu, ötən ilin eyni dövründəkindən 9,53% azdır.
Gömrük Komitəsinin məlumatına görə, xarici tərəfdaşlar 137 ölkə olub. İxrac neft və neft məhsulları hesabına idxaldan üstün olub – müsbət saldo $ 8,36 mlrd-dır. İxrac $13,25 mlrd (ötən ilin eyni dövründəkindən 4,44% az) təşkil edib.
Xarici iqtisadi fəaliyyətdə 4 min 676 hüquqi (3107) və fiziki (1569) şəxs iştirak edib. Mütləq rəqəmlərlə ixracda $ 12,47 mlrd dövlət sektorunun, $ 659,57 mln özəl sahibkarların, $115,65 mln fiziki şəxslərin payına düşüb.
İdxalda ($ 4,88 mlrd) hüquqi şəxslər liderdir – $ 3,47 mlrd. Dövlət sektorunun payı $ 1,22 mlrd, fiziki şəxslərin payı $ 192,16 mln olub.
Yanvar-iyulda Azərbaycandan 1732 adda mal ixrac edilib, 5436 adda mal idxal olunub. –17D—
-
- İqtisadiyyat
- 18 Avqust 2014 14:41
-
- Cəmiyyət
- 18 Avqust 2014 14:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz