Nəqliyyat vasitələrinə texniki baxışın müddətinə yenidən baxılıb
Nazirlər Kabineti avqustun 21-də «Nəqliyyat vasitələri və qoşqulara dövlət texniki baxışı qaydaları haqda nümunəvi Əsasnamə» dəyişikliklər barədə qərar qəbul edib.
Dəyişikliyə əsasən, traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələri, avtobuslar, mümkün maksimal yükü 3,5 ton olan yük maşınları, təhlükəli yük daşınması üzrə xüsusi texnika ildə 1 dəfə texniki baxışdan keçməlidir. Bu tələb tramvay və trolleybuslara da aiddir. Bu nəqliyyat vasitələri buraxılışından bir il sonra texniki baxışdan keçməlidir.
Bütün digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları buraxılışından 4 il sonra texniki baxışdan keçməlidir. Bu müddət keçəndən sonra onlar 2 ildə bir, 10 ildən sonra hər il texniki baxışdan keçməlidir.
Dövlət texniki baxışını DİN yanvarın 1-dən oktyabrın 31-dək keçirir.
Azərbaycanda mexaniki nəqliyyat vasitələrinin sayı 1,2 mln-dur. Onların 50%-nin istifadə müddəti 10 ili keçib. Əvvəllər ictimai təşkilatlar nəqliyyat vasitələrinə texniki baxışın müddətinə yenidən baxılmasını, bu prosesə özəl strukturların cəlb edilməsini təklif edib. 08D
-
- İqtisadiyyat
- 6 Sentyabr 2013 16:21
-
- Siyasət
- 6 Sentyabr 2013 16:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz