- İqtisadiyyat
- 11 İyul 2014, 18:06
- 75
Nikoil Bank komandası "Plastik kartların həyatımızı asanlaşdırır" mövzusunda PULSUZ təlim günü elan edir.
Təlimdə bankımızın mütəxəssisləri Sizə aşağıdakılar barədə məlumat verəcəklər:
1. Plastik kartlardan necə istifadə etməli.
2. Ödəniş terminallarından necə düzgün istifadə etməli.
3. İnternetdə ödənişləri necə həyata keçirməli, kommunal xidmətləri necə ödəməli və s.
Təlim başa çatdıqdan sonra bütün iştirakçılar sertifikat, hədiyyələr və Bankın plastik kartları üçün endirim kuponu təqdim olunacaq.
Təlimin keçiriləcəyi yer: Nikoil Bank-ın Mərkəzi Ofisi: Puşkin küç. 30 (Səməd Vurğun parkının yanı)
Tarix: 23.07.2014 saat 13:00
Qeydiyyat üçün son tarix: 20.07.2014
Qeyd: Təlimdə iştirak etmək üçün ad, soyad, telefon nömrəsi, doğum tarixi, fəaliyyət sahəsi ilə bağlı məlumatları Bankın sosial şəbəkədəki rəsmi səhifəsinə https://www.facebook.com/bank.nikoil və ya cum_rh@nikoil.az elektron poçtuna göndərmək lazımdır.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz