- İqtisadiyyat
- 12 Aprel 2013, 15:54
- 194
NIKOILBank-ın əməkdaşı Avropa çempionundur
NIKOILBank-ın əməkdaşı Həsən Quliyev 6-7 apreldə Macarıstanda karate üzrə Avropa çempionatında qızıl medal alıb. 1/8 finalda İtaliya idmançısını udan Quliyev ¼-də serb, yarımfinalda macar idmançısından üstün olub. Finalda rumıyialını yenən Quliyev qızıl medal alıb. O, 85+ çəki dərəcəsində çıxış edib.
Bu gün Bankda Həsən Quliyevə fəxri fərman, 3 aylıq maaş miqdarında mükafat verilib.
«Onu Avropa çempionatına göndərəndə başıuca qayıdacağına şübhə etmirdik. Belə də oldu! Bu, kolektivin həyatında unudulmaz hadisədir», deyə Nikoil-un İH sədri Xamaza bildirib.
Həsən Quliyev isə öz növbəsində Kontakt Karate Federasiyasının prezidenti və məşqçisi Araz Ağayevin adından Nikoil İH sədrinə təşəkkür edib və idmana dəstəyə görə ona fəxri fərman təqdim edib. --15D--
-
- İqtisadiyyat
- 12 Aprel 2013 15:28
-
- İqtisadiyyat
- 12 Aprel 2013 15:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz