- İqtisadiyyat
- 12 Aprel 2013, 15:28
- 179
Vergi daxilolmaları birinci rübdə 9,5% artıb
Birinci rübdə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 523,4 mln manat köçürülüb. Bu, 2012-ci ilin eyni dövründəkindən 9,5% çoxdur.
Vergilər Nazirliyinin məlumatında deyilir ki, qeyri-neft-qaz sektoru üzrə büdcəyə 839 milyon 183,9 min manat vəsait daxil olub. Bu, vəsaitlərin 55%-dir. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorundan büdcəyə vergi daxilolmaları 48 mln manat artıb. Maraqlıdır ki, 2012-ci ilin I rübündə qeyri-neft sektorun vergi daxilolmalarında xüsusi çəkisi 57% olub.
2013-cü ilin yanvar-mart aylarında vergi daxilmalarının 36,1 faizi (2012-ci ilin I rübündə 35%) mənfəət vergisinin, 24,8 faizi (25,6%) əlavə dəyər vergisinin, 12,7 faizi (12,7%) fiziki şəxslərin gəlir vergisinin, 8,3 faizi aksizlərin, 18,1 faizi (18,8%) isə digər vergilərin payına düşüb. 08D
-
- İqtisadiyyat
- 12 Aprel 2013 15:23
-
- İqtisadiyyat
- 12 Aprel 2013 15:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz