- İqtisadiyyat
- 12 Aprel 2013, 15:23
- 179
Vergi ödəyicilərinin sayı 500 mini keçib
Vergilər Nazirliyi 2013-cü ilin yanvar-mart aylarında 20 885 vergi ödəyicisi qeydiyyata alıb. Bu, 2012-ci ilin eyni dövründəkindən 9,9% çoxdur.
Vergilər Nazirliyinin analitik informasiya mərkəzində Turan-a deyiblər ki, aprelin 1-i üçün vergi ödəyicilərinin sayı 500 mini keçib. 12 ayda onların sayı 63,3 min artıb.
2008-ci ilin yanvarından ölkədə hüquqi şəxslərin qeydiyyatı «vahid pəncərə» prinsipi ilə aparılır. 2011-2012-ci illərdə Vergilər Nazirliyi hüquqi və fiziki şəxslərin elektron qeydiyyat sistemini işə salıb. 08D
-
- Siyasət
- 12 Aprel 2013 15:08
-
- İqtisadiyyat
- 12 Aprel 2013 15:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz