Noyabrda Azərbaycanda ən az neft hasilatı olub
2013-cü ilin 11 ayında Azərbaycanda 39,5 mln ton neft hasil edilib.
Dövlətstatkomun aylıq hesabatına görə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 100 min ton və ya 0,2% artıb.
Qeyd edək ki, bu ilin yanvarında 3,8 mln ton, fevralda 3,4 mln ton, martda 3,579 mln ton, apreldə 3,521 mln ton, mayda 3,8 mln ton, iyunda 3,7 mln ton, iyulda 3,7 mln ton, avqustda 3,6 mln ton, sentyabrda 3,7 mln ton, oktyabrda 3,6 mln ton, noyabrda 3,4 mln ton neft çıxarılıb.
2012-ci ildə ölkədə neft hasilatı 42,9 mln ton təşkil edib. Bu, 2011-ci ildəkindən 2,4 mln ton azdır.
Vəziyyəti analiz etsək, noyabrda neft hasilatı daha az olub: sutkalıq hasilat 838,6 min barrel təşkil edib. Bundan əvvəl fevralda hasilat az olmuşdu: 898,5 тmin barrel. Sentyabrda sutkalıq hasilat 912,7 min barrel təşkil edib.
Hasilat niyə belə sürətlə azalır? Yəqin ki, bu, ilin sonunda şirkətlər göstəriciləri açıqlayanda bilinəcək. –12В--
-
- Cəmiyyət
- 13 Dekabr 2013 11:58
-
- İqtisadiyyat
- 13 Dekabr 2013 12:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz