Oksfam Azərbaycan soğan istehsalçılarına dəstək layihəsinə başlayır
Yerli və ölkə səviyyəli maraq qrupları olmayan tərəvəz istehsalşıları həmişə bazarın öyrənilməsində problemlərlə qarşılaşıblar. Buna görə də mütəmadi olaraq ayrı-ayrı tərəvəzin yetişdirilməsində çətinliklər və maliyyə sıxıntıları ilə üzləşiblər. Soğan istehsalçılarıda istisna deyil və bu gün Oksfam Azərbaycan təşkilatı onları Bakıda bir araya gətirərək, problemləri müzakirə etməyə və vəziyyətdən çıxış yolları axtarmağa çalışıb.
Tədbirdə investor və emalçılara soğanın istehsalı və emalı dəyər zəncirinin iqtisadi səmərəlilik təhlilinin nəticələri təqdim olunub. İqtisadçı-ekspert Mahmud Cəfərov bazarın inkişafı perspektivləri haqqında məruzə edib.
Dövlət statistika komitəsinin məlumatına görə, 2012-ci ildə soğan əkilən sahələr 13,1 min hektardan 11,6 min hektara düşüb. Məhsul istehsalı bu dövrdə 182,5 min tondan 166.2 min tonadək azalıb.
Bu il bazarda soğan 50-60 qəpiyə satılır. Bu ötən ildəkindən 40% çoxdur.
Tədbirdə “Qlobal Dan Şəfəqləri” (“Sunrise”) Layihəsinin Öyrənmə və Komunikasiya üzrə məsul əməkdaşı Justin Tait iştirak edib.
Qeyd edək ki, bu yaxınlarda Oksfam çiyələk istehsalçılarına və emalçılarına dəstək layihəsini başa çatdırıb. 08C
-
- Siyasət
- 18 Oktyabr 2013 17:03
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 17:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz