- İqtisadiyyat
- 12 Dekabr 2013, 17:08
- 230
Oktyabrda bank aktivləri 1,1% artıb
Oktyabrda Azərbaycan banklarının məcmu aktivləri 203,64 mln manat və ya 1,1% artaraq 19604,06 mln manat olub. İlin əvvəlindən bank aktivləri 18,6%, illik müddətdə 26,7% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 noyabr üçün banklarda nağd vəsait 746,7 mln manat, müxbir hesablarında vəsait 1006,7 mln manat, maliyyə sektorunun kreditləşməsi 809,1 mln manat, müştəri kreditləşməsi 13711 mln manat, investisiya həcmi 1594,4 mln manat, başqa aktivlər 1736,2 mln manat olub.
Bank sisteminin öhdəlikləri hesabat ayında 126,53 mln manat və ya 0,8% artaraq 16373,52 mln manat olub. Bunun 8594,3 mln manatını depozitlər, 6535 mln manat maliyyə sektoruna verilən vəsaitlər və 1244,2 mln manatı başqa öhdəliklər təşkil edib.
Bankların ümumi kapitalı il ərzində 827,2 mln manat və ya 34,4%, oktyabrda 77 mln manat və ya 2,4% artaraq 3230,5 mln manat olub. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz