Oktyabrda birja valyuta dövriyyəsi 125% artıb
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2012-ci ilin oktyabrında $91,075 mln və ya 71,488 mln manat olub.
Bu, ötən ayla müqayisədə 125% çox, 2011-ci ilin oktyabrı ilə müqayisədə də 19,4% azdır.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $2,397 mln, orta günlük dövriyyə $4,337 mln olub.
2011-ci ilin oktyabrında BBVB valyuta bölməsinin hərraclarında 13 bank iştirak edib. Hesabat ayında BEST-də 42 hərrac sessiyası keçirilib və 38 əqd qeydiyyata alınıb.
Doqquz ayda birja valyuta dövriyyəsi 612,738 mln manat ekvivalenti olub. Bu, ötən ilin eyni dövründəkindən 15,9% azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında 0,13% - 1 USD üçün 0,7846-dan 0,7836-ya artıb. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7849 AZN təşkil edib. Sentyabrda bu göstərici 0,7853 AZN idi. --15B--
-
- Söz istəyirəm
- 13 Noyabr 2012 14:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz