Ölkədə 1 milyon 330 min pensiyaçı var
Bakı/10.01.17/Turan: 2017-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7% və ya 165,49 milyon manat artaraq 2532,59 milyon manat olub.
Fondun məlumatına görə, icbari dövlət sosial sığorta haqları üzrə gəlirlər 8,8% artaraq 1501,1 milyon manat təşkil edib.
Fonda daxilolmaların 65,13%-i və ya 977,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 faiz və ya 105,46 milyon manat çoxdur, proqnoza 105,24 faiz icra edilib.
Bu ilin əvvəlilə müqayisədə əmək pensiyaçılarının sayı 2017-ci il oktyabrın 1-nə 14 771 nəfər və ya 1,1 faiz artaraq 1 milyon 330 min nəfər təşkil edib.
Əmək pensiyalarının orta aylıq məbləği 204 manata çatıb. 71D--
-
- Cəmiyyət
- 10 Oktyabr 2017 11:10
-
- İqtisadiyyat
- 10 Oktyabr 2017 12:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz