Özəlləşdirilən SC-nin torpağı satışa çıxarılıb
Bakı/10.10.17/Turan: Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilən səhmdar cəmiyyətlərinin torpaq sahələrinin satışını bərpa edib. Qurumun məlumatına görə, noyabrın 7-ə təyin edilən hərracda Masallıda "Boradigah Çay-2" ASC-nin torpağı satılacaq.
"Boradigah Çay-2" SC-nin torpaq sahəsi 3,8 hektardır. Sahə 80 min manat qiymətləndirilib. Hərracda start qiyməti də bu qədərdir.
Qanunvericiliyə əsasən, özəlləşdirilən obyektlərin torpaq sahələrini onların mülkiyyətçisi özəlləşdirməlidir. Bir sıra hallarda ƏMDK bu torpaqları hərraca çıxarır vıə bunu mülkiyyətçilərin istifadə hüququndan imtina etməsi ilə izah edir. Əslində isə bu, minoritar səhmdarlarla "mübarizə silahıdır". Torpaq sahəsi satılandan sonra əsas səhm zərfi sahibinin marağını ifadə edən başqa mülkiyyətçinin olur və onların arasında qarşıdurma başlayır. Faktik olaraq torpağın satışı Azərbaycanda səhmdarları səhmlərini bazar qiymətindən ucuz qiymətə satmağa məcbur etmək vasitəsidir.
İndiyədək ƏMDK 20-dək belə hərrac keçirib. Sonuncu dəfə özəlləşdirilən SC-nin torpağı 2015-ci ildə hərracda satılıb. 08D --
-
- İqtisadiyyat
- 10 Oktyabr 2017 12:01
-
- Siyasət
- 10 Oktyabr 2017 12:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz