Ortamüddətli dövrdə özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin siyahısı müəyyən edilib
Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Komitəsi ortamüddətli dövr üçün özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin siyahısını müəyyən edib (https://goo.gl/Y6yQ9Y). Siyahıda 2859 müəssisə və obyekt var.
Hökumət mədəniyyət evlərini və klubları, kinoteatrları, bir çox xəstəxana və poliklinikanı, istirahət mərkəzlərini, mehmanxana, idman obyektləri, yardımçı təsərrüfatlar, həmçinin istehsalat müəssisələrini şəxsi əllərə verməyi planlaşdırır.
“Azəraluminium” ASC, “Azneftkimyamas” ASC, Gəncə avtomobil zavodu, Bakı vaqon təmiri zavodu, balıqçılıq müəssisələri, Bakı dəniz vağzalının binası, Bakı cıdır meydanı, Sumqayıt Mərkəsi Stadionu v. s özəlləşdirmə üçün nəzərdə tutulur.
51 müəssisə səhmləşdirilmə yolu ilə özəlləşdiriləcək. Qalan müəssisələr kiçik müəssisə kimi satılacaq. İnvestisiya müsabiqəsinə 63 müəssisə çıxarılacaq. Qış bulvarı və “Azadlıq” meydanındakı yeraltı avtodayanacaqlar idarəçiliyə veriləcək.08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz