Ötən ay manat pul bazası 0,5 faiz artıb
2013-cü il noyabrın sonu üçün manat pul bazası 10787,7 mln manat olub. Hesabat ayında o, 55,5 mln manat və ya 0,5% artıb.
Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən pul bazası 272,7 mln manat və ya 2,6%, son 12 ayda 1441,7 mln manat və ya 15,4% artıb.
Pul bazası icbari ehtiyatlar kimi Mərkəzi Bankda saxlanılan nağd pul və kommersiya banklarının pul vəsaitləridir. Bu pullar vasitəsilə AMB kommersiya bankları və dövlət orqanları qarşısında öhdəliklərini həyata keçirir. --15B--
-
- İqtisadiyyat
- 6 Dekabr 2013 14:48
-
- İqtisadiyyat
- 6 Dekabr 2013 14:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz