- İqtisadiyyat
- 19 Fevral 2015, 14:58
- 72
Ötən il AÇG üzrə $3,3 mlrd vəsait xərclənib
2014-cü il ərzində Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində konsorsiumun ümumi maliyyə xərcləri 3,3 milyar dollara yaxın olmuşdur.
Turan-ın “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, AÇG layihəsinə təqribən 1 milyard dollar əməliyyat məsrəfləri və 2,3 milyard dollar əsaslı məsrəflər xərclənmişdir.
Xatırladaq ki, 2013-cü il ərzində AÇG layihəsinə $772 milyon əməliyyat məsrəfləri və $2 milyard 833 milyon əsaslı məsrəflər xərclənmişdir.
Qeyd edək ki, 2014-cü il üçün AÇG əməliyyatlarına $1 milyard 52 milyon əməliyyat məsrəfləri və $2 milyard 68 milyon əsaslı məsrəflər xərclənəcəyi proqnoz edilirdi.
Göründüyü kimi, 2014-cü ilin yekunlarına əsasən, kapital xərcləri proqnoz göstəricilərini 232 milyon dollar, əməliyyat xərcləri isə 52 milyon dollar üstələyib.--12D--
-
- İqtisadiyyat
- 19 Fevral 2015 14:32
-
- İqtisadiyyat
- 19 Fevral 2015 15:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz