Ötən il kiçik özəlləşmə yavaşıyıb
2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi «kiçik özəlləşmə» metodu ilə 770 müəssisə və obyekti (o cümlədən qeyri-yaşayış sahələri və avtonəqliyyat vasitələri) özəlləşdirib. Bu, əvvəlki ildəkindən 20% azdır.
ƏMDK-nin hesabatına əsasən, ötən il özəlləşdirilmiş və xüsusi müəssisələrin altındakı torpaqlar aktiv çəkildə satılıb. Cəmi 650 belə müqavilə bağlanılıb. Bu, 2013-cü ildəkindən 10% azdır.
Pul hərraclarında 33 SC-nin əsas səhm paketi (2013-cü ildə 41 SC) satılıb. ƏMDK hazırda 200-ə yaxın SC-nin aktivlərini idarə edir. Onlar vaxtaşırı hərraca çıxarılır. Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi dövlət əmlakının özəlləşdirilməsi rəqabətsiz mühitdə həyata keçirilir. Bütün obyektlər daşınmaz və daşınan obyektin bazar qiymətindən xeyli aşağı olan start qiymətinə satılıb. 2003-2013-cü illərdə ƏMDK-nin xətti ilə 44 minə yaxın müəssisə və obyekt özəlləşdirilib. Onlardan 30,3%-i nəqliyyat vasitəsidir.
Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi “mərkəzin” müdaxiləsi olmadan həyata keçirilir. NMR-da özəlləşdirmə prosesi ilə bağlı hesabat indiyə qədər təqdim edilməyib. 08D
-
- Cəmiyyət
- 5 Fevral 2015 18:51
-
- İqtisadiyyat
- 5 Fevral 2015 19:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz