Oyun attraksionları vergi qanunvericiliyini pozur
Yay mövsümü başlayandan uşaq və gənclər Nəsimi adına mədəniyyət və istirahət parkına daha çox gedir. Orda oyun attraksionlarının sayı durmadan artır. Attraksionların qiyməti də artır, amma bunun vergi ödənişində öz əksini necə tapması sual olaraq qalır.
Turan agentliyinin monitorinqi göstərib ki, parkda ödənişli xidmətlər kassa nəzarətindən kənardır: attraksiondan istifadə edənlərə nəzarət-kassa çeki verilmir. Kassa aparatları yoxdur. Kassir bildirib ki, onlar müştərilərə xüsusi kart verir, onu qutuya atırlar. Hər axşam attraksion rəhbərlərinin iştirakı ilə qutular açılır. Maraqlıdır ki, attraksionların işçilərinin park rəhbərliyi ilə əmək müqaviləsi yoxdur, onların maaşı dövriyyədən asılıdır. Hər gün bu məbləğ 10-15 manatı keçmir.
Nəsimi adına mədəniyyət və istirahət parkında 30-a qədər oyun attraksionu var. Üç dəqiqə əyləncə 0,50-2 manata başa gəlir. Beş il əvvəl bu məbləğ 40 qəpikdən çox deyildi.
Vergilər Nazirliyinin «195 qaynar xətt» xidmətində Turan-a bildiriblər ki, Vergilər Məcəlləsinin 16.0.8 maddəsi oyun attraksionlarının NKA-dan azad edilməsini nəzərdə tutmur. Ona görə onların olmaması vergi qanunvericiliyinin pozulmasıdır. 08B
-
- İqtisadiyyat
- 6 İyun 2013 14:12
-
- İqtisadiyyat
- 6 İyun 2013 14:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz