Özəlləşdirilən müəssisələrə 70 mln manat investisiya qoyulub
Bu il əvvəllər investisiya müsabiqəsi yolu ilə özəlləşdirilən müəssisələrə 70 mln manat investisiya qoyulub. Bu müəssisələrdə 300 yeni iş yeri açılıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiya iclasında bu qurumun rəhbəri Kərəm Həsənov bildirib.
Bu il yalnız Gəncədə “Metallurq” İdman Kompleksinin satışı üzrə investisiya müsabiqəsi uğurlu olub. Altı ayı ərzində investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 2 müəssisə üzərində mülkiyyət hüququ alıcılara keçib.
İlin əvvəlindən «kiçik» özəlləşdirmə yolu ilə 350-ə yaxın müəssisə və obyekt özəlləşdirilib (o cümlədən avtonəqliyyat vasitələri). Həmçinin 250-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 229 obyektin torpaq sahəsi icarəyə verilib. Səhmlərin satışı üzrə keçirilmiş 25 pul və 1 ixtisaslaşdırılmış pul hərracında 20-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılıb. İlin birinci yarısında özəlləşmədən dövlət büdcəsinə mədaxil barədə məlumat verilmir. 08D
-
- İqtisadiyyat
- 19 İyul 2012 16:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz