Kənd təsərrüfatı istehsalı 10,4% artıb
Bu ilin birinci yarısında aqrar sektorda istehsalatın həcmi 2 mlrd. manata yaxın olub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə
10,4% çoxdur.
Dövlət Statistika Komitəsindən (DSK) Turan-a bildirilib ki, iyulun 1-i üçün 1,6 mln. ton (+415 min ton) dənli bitki, tərəvəz – 315 min ton (+2,7%), bostan bitkiləri – 48 min ton (+66,4%), meyvə və giləmeyvə – 72 min ton (+14%) istehsal edilib. Kartof istehsalı 7,7% azalaraq 246 min ton təşkil edib.
İyulun 1-i üçün çay plantasiyalardan 277,7 ton çay yığılıb ki, bu da 2011-ci ilin
analoji dövründən 2,9% azdır. Ümumilikdə, bitkiçilik məhsulları 17,5% artıb.
Heyvandarlıq məhsullarının həcmi 5,5% artıb. Diri çəkidə ət istehsalı
214 min ton (+3,2%), süd– 856 min ton (+7,3%) olub. Quşçuluq fermalarında və ev təsərrüfatlarında yumurta istehsalı 2011-ci ilin birinci yarısı ilə müqayisədə
16% azalaraq 600 mln. ədəd təşkil edib.
DSK-nın məlumatına görə, 2012-ci il iyulun 1-i üçün iribuynuzlu mal-qaranın sayı 2,7 mln. baş (+1,5%), qoyun və keçi 8 741 min baş (+1,3%) təşkil edib. 08D
-
- İqtisadiyyat
- 19 İyul 2012 14:23
-
- Mədəniyyət
- 19 İyul 2012 17:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz