Pambıq üçün əkin sahələri 51 ha-ya çatıb
Bu il Azərbaycanda düyü sahəsi 2 dəfə artaraq 2 268 ha-ya çatıb. Bəzi digər kənd təsərrüfatı bitkiləri üçün əkin sahələri də artıb.
İyunun 1-nə olan vəziyyətə görə, pambıq üçün əkin sahələri 50,9 min ha təşkil edir ki, bu da ötən ildə olduğundan 2,8 dəfə çoxdur. Bu il 2 145,5 ha (+64,8%) sahədə tütün yığılacaq.
Kartof sahələri təxminən ötənilki səviyyədə qalıb - 60,8 min ha (+0,3%). Tərəvəz (- 5,1%) və bostan bitkiləri (-7,6%) üçün əkin sahələri xeyli azalıb.
Ümumilikdə, bu il yazlıq kənd təsərrüfatı bitkiləri üçün 360 min ha-ya (+2,7%) yaxın sahə ayrılıb.
Qeyd edək ki, bu ildən hökumət buğda və düyü ilə yanaşı pambıq, barama və tütün becərilməsinə subsidiya ayıracaq.
Qeyd edək ki, bu, ölkənin beynəlxalq öhdəliklərinə ziddir. Belə ki, Azərbaycan tütünlə mübarizə üzrə Beynəlxalq Konvensiyaya uyğun olaraq 2005-ci ildən tütünçülüyün inkişafının dövlət hesabına birbaşa maliyyələşdirilməsinə yol verilməməsi barədə öhdəlik götürüb. 08D
-
- Siyasət
- 20 İyun 2016 11:41
-
- İqtisadiyyat
- 20 İyun 2016 12:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz