Azərbaycan Cənub qaz dəhlizindən $50 mlrd gəlir əldə edə bilər
«Cənub qaz dəhlizi» layihəsindən Azərbaycanın gəlirləri $30-$50 mlrd ola bilər, deyə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Caspian Energy jurnalına müsahibəsində bildirib.
«İlkin hesablamalara görə, Azərbaycan CQD layihəsindən neftin müxtəlif qiymətləri nəzərə alınmaqla satış və nəqldən $30-$50 mlrd əldə edəcək. Bu isə ölkə və regionda iqtisadiyyat və infrastrukturun inkişafına təkan verəcək», - deyə Mövsümov bildirib.
Onun sözlərinə görə, «Cənub qaz dəhlizi» layihəsi uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının inkişafını hədəfə alır.
«CQD onilliklər boyu Azərbaycan üçün əlavə iqtisadi və maliyyə imkanı yaradacaq, iqtisadi mənfəət və valyuta axını təmin edəcək», - deyə o qeyd edib.
CQD layihəsi Avropanın iri infrastruktur və energetika layihəsidir. Azərbaycan qazı hələlik bu layihə üçün yeganə mənbədir. “Şahdəniz” dünyada ən böyük qaz yataqlarındandır. CQD layihəsi «Şahdəniz-2»; Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, TANAP və ТАР kəmərlərindən ibarətdir. Dəhlizin uzunluğu 3500 kilometrdir.
Azərbaycan qazı Avropaya 2020-ci ilin əvvəlində 10 mlrd kubmetr həcmində daxil olacaq. Bundan başqa, 2018-ci ildən Türkiyəyə ildə 6 mlrd kubmetr qaz veriləcək. Layihənin qiyməti $39,1 mlrd-dır. –12D--
-
- İqtisadiyyat
- 20 İyun 2016 12:24
-
- İqtisadiyyat
- 20 İyun 2016 13:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz