Parlament vergi borcundan narahatdır
Milli Məclis dövlət büdcəsinə vəsait cəlb etmək imkanları arayır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, təqribi hesablamalara görə, Milli Məclisə vergi amnistiyası ilə bağlı qanun qəbul edilsə, təqribi hesablamalara görə, vergi amnistiyası nəticəsində 600 mln. manat sahibkarların sərəncamında qalacaq.
Sənədin ilkin redaksiyasına əsasən, amnistiya bu şərtlə verilir ki, vergi ödəyiciləri 2017-ci ilin yanvarında borcunun 30%, fevralda 50%, aprelin 1-dək 70%-i ödəsin..
Deputat bu təşəbbüsü sahibkarlığa dəstək hesab edir və bildirir ki, vergi amnistiyası nəticəsində 600 mln. manat sahibkarların sərəncamında qalacaq.
Əslində isə bu, vergi intizamın pis olduğunu göstərir. Biznesmenlərin bir hissəsi devalvasiyadan sonra aktivlərini xaricə – əsasən Türkiyə və Çinə aparıb.
Xatırladaq ki, 1 yanvar 2016-cı il üçün ümumi vergi borcu 2,4 mlrd manatdır. Bunun yarısı dövlət müəssisələrinin payına düşür. --17D—
-
- İqtisadiyyat
- 20 Dekabr 2016 12:28
-
- İqtisadiyyat
- 20 Dekabr 2016 13:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz