- İqtisadiyyat
- 12 Dekabr 2013, 14:22
- 224
Payızlıq əkin sahələri 3,9% artıb
Dekabrın 1-i üçün 934,8 min hektar sahədə payızlıq bitkilər səpilib. Bu, ötən ilin eyni dövründəkindən 3,9% çoxdur.
Dövlətstatkoma görə, dekabrın əvvəli üçün buğda sahələri 616,6 min ha olub. Arpa əkini sahələri (301,5 min ha) 11,4% artıb. Yemlik bitkilərin əkin sahələri (16,5 min ha, +65%) da artıb və bu, heyvandarlığın yem ehtiyacının artdığını göstərir.
2013-cü ildə dənli və paxlalı bitkilərin əkin sahələri 1 070 min ha (+3,8%) olub. Cəmi 2 938,8 min ton məhsul götürülüb. Bu, ötən ilin eyni dövründəkindən 138 min ton çoxdur. Amma taxıl idxalı 10 ayda qiymət ifadəsində $346,2 mln olub. Bu, ötən ilin eyni dövründəkindən $130 mln və ya 59% çoxdur. Bundan başqa, $17,5 mln-luq buğda unu idxal edilib. Artım $16 282 mindir. 08D
-
- Söz istəyirəm
- 12 Dekabr 2013 14:03
-
- İqtisadiyyat
- 12 Dekabr 2013 14:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz