Polad ixracı dayanıb
Azərbaycan bir neçə ildə ilk dəfə polad yarımfabrikatın ixracını dayandırıb. Yeganə istehsalçı olan “Baku Steel Company” (BSC) məsələni şərh etmir və hazırda daxili bazar üçün işlədiyini bildirir.
Bu ilin 6 ayında Azərbaycandan 172,1 ton polad yarımfabrikatı ixrac edilib. Halbuki qara metal idxalı 45 min 833,8 min ton olub. 2013-cü ildə 57,3 min ton polad yarımfabrikatı idxal edilib.
İlin I yarısında polad istehsalı 145,1 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 20,2% çoxdur.
Polad yarımfabrikatı ixracı 2012-ci ildən azalır. Azərbaycan poladının yeganə alıcısı İrandır. 2010-cu ildə Azərbaycandan 17 min 113 ton (qiyməti 393$/t), 2010-cu ildə 100 519,5 ton (481,5$/t) polad yarımfabrikatı ixrac edilib. 2011-ci ildə bu göstərici rekord həddə çatıb – 203 min ton (453,2$/t). 2012-ci ildə ixarv yenə azalıb və 110 min ton olub. Məhsulun ixrac qiyməti 1 ton üçün 529,6 dollar olub. BSC yerli bazarda tikinti armaturu satır (875$/tI.
Dövlətstatkoma görə, ilin I yarısında ölkədə armatur istehsalı azalıb və 100,7 min ton (-23,7%) təşkil edib.
BSC iyulda bəyan edib ki, istehsal gücü ildə 1 mln tona çatıb. Əvvəllər deyilirdi ki, müəssisənin polad əritməə gücü ildə 770 min tondur. 08B
-
- İqtisadiyyat
- 18 Avqust 2014 17:42
-
- Siyasət
- 18 Avqust 2014 17:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz