ÜDM artımı 2,4%-dir
Bu ilin 7 ayında Azərbaycan iqtisadiyyatı 2,4% inkişaf edib. Deyilən dövrdə 34 mlrd manat məbləğində ümumi daxili məhsul istehsal edilib, deyə Dövlətstatkom bildirir.
Neft sektorunda əlavə dəyər 3,1% azalıb, ÜDM istehsalı 14 mlrd 680 mln manat olub. Qeyri-neft ÜDM 6,8% artıb. 7 ayda ÜDM-də qeyri-neft sektorunun payı 56,8%-ə çatıb.
İstehsal sektorunda ÜDM-in artım tempi dəyişməyib, xidmət sektorunda 7%, xalis vergidə 3,9% artım olub.
Adambaşına ÜDM 3 621,3 manat və ya $4 617,3 təşkil edib. 08D
-
- Siyasət
- 18 Avqust 2014 17:41
-
- İqtisadiyyat
- 18 Avqust 2014 17:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz