Prezident İlham Əliyev Bakıda aerovağzal kompleksinin tikintisi ilə tanış olub
Ötən gün prezident İlham Əliyev Heydər Əliyev adına beynəlxalq hava limanında inşa edilən aerovağzal kompleksi ilə tanış olub.
Yeni kompleksin ümumi sahəsi 65 min kvadratmetrdir. Burada 24 lift, 30 eskalator, 37 xüsusi X-Ray aparatı quraşdırılacaq. Yeni kompleksdə sərnişinlərin və işçilərin rahatlığını təmin etmək üçün bütün zəruri tədbirlər reallaşdırılacaq.
Sərnişinlərin qeydiyyatı üçün 41, pasport nəzarəti üçün isə 52 köşk qoyulacaq. Bundan əlavə, kompleksdə kafe, restoran və digər xidmət obyektləri fəaliyyət göstərəcək. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımalarında xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Müasir standartlara cavab verəcək aerovağzal kompleksi ildə üç milyon sərnişinə xidmət göstərmək gücündədir. Üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcək. Mövcud terminal vasitəsilə yerli aviareyslər həyata keçiriləcək. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək. Aerovağzal binasının ərazisində eyni vaxtda 13 təyyarəni qəbul edə biləcək teleskopik pilləkən quraşdırılacaq.08D
-
- İqtisadiyyat
- 7 May 2013 13:48
-
- Siyasət
- 7 May 2013 13:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz