Problemli sığortaçılara yüksək diqqət
Problemli sığorta şirkətlərinə nəzarət daha yüksək olacaq. Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilovun sözlərinə görə, bu, Torontoda keçirilən birgə beynəlxalq seminarın yekunu nəticəsində mümkün olacaq.
Bir həftəlik seminarda Kanada, Avstraliya, Slovakiya, Şri-Lanka Belarus təmsilçiləri də iştirak edib. Aparıcı mütəxəssis Orxan Bayramov Turan-a bildirib ki, Azərbaycanın korporativ idarəetmə üzrə beynəlxalq təcrübəni öyrənməyə ehtiyacı var. Bakıya ekspert qrupu cəlb etməyə o da kömək edib ki, Toronto Mərkəzinin prezidenti həmyerlimiz maliyyəçi Babək Abbaszadədir.
Seminarda çıxış edən məşhur mütəxəssis Oliver Raykard dünyanın ən böyük sığorta şirkətlərinin problemlərindən danışıb. Onların büdcəsi Azərbaycanın büdcəsindən 2-3 dəfə çoxdur. Onun sözlərinə görə, sığortaçıların etibarlı işi üçün hökumət tənzimləyicisi lazımdır. Seminarda Namiq Xəlilov da çıxış edib.
Dövlət Sığorta Nəzarəti Xidməti ölkə prezidentinin 9 fevral 2009-cu il tarixli sərəncamı ilə yaradılıb və Azərbaycanın sığorta bazarını tənzimləyir. --17D—
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 16:10
-
- Cəmiyyət
- 10 Sentyabr 2012 16:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz