Azərbaycan banklarının depozit resursları iyulda da azalıb
2012-ci ilin iyulunda Azərbaycanın kredit təşkilatlarında depozit və əmanət həcmi 35,2 mln manat və ya 0,4% azalaraq 9668,7 mln manat olub. Son 12 ayın dördündə azalma olub və bu göstərici ümumilikdə 1322,9 mln manat və ya 15,9% artıb.
Hesabat ayında təkcə valyuta vəsaitləri artıb. Valyuta vəsaitlərinin həcmi 5241 mln olub, bankların ümumi depozit portfelində onların payı 54,2%-dək artıb. Bir il əvvəl bu göstərici 57,3% idi.
Avqustun əvvəli üçün fiziki şəxslər banklarda 4415,2 mln manat əmanət saxlayıb. Bu, ümumi göstəricinin 45,7%-dir (bir ay əvvəl 45,1%).
Fiziki şəxslərin qısamüddətli əmanətləri 19,8 mln manat və ya 0,7% artaraq 2788,7 mln manat, uzunmüddətli əmanətləri 22,8 mln manat və ya 1,4% artaraq 1626,5 mln manat olub.
İyulda təkcə tələb edilənədək əmanətlər artıb. Onların ümumi həcmi 3489,2 mln manata çatıb. Müddətli əmanətlər 6179,6 mln manatadək və ya ümumi göstəricinin 63,9%-dək azalıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, manat depozitləri və əmanətləri üzrə orta dərəcə iyulda 0,03 f.b. artaraq 10,36%, xarici valyuta ilə əmanətlərdə 0,02 f.b. azalaraq 10,77% olub. Hesabat ayında manat depozitləri əhalidən orta hesabla illik 10,67%, valyuta depozitləri 10,98%-lə qəbul edilib. Hüquqi şəxslər üçün bu göstərici 7,01% və 4,44% olub. --15B--
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 16:03
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 16:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz