Avqustda BBVB-nin dövriyyəsi 17,8% azalıb
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2012-ci ilin avqustunda $71,749 mln və ya 56,343 mln manat olub.
Bu, ötən ayla müqayisədə 17,8% az, 2011-ci ilin avqustu müqayisədə də 50% çoxdur.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $2,474 mln, orta günlük dövriyyə $3,417 mln olub.
2011-ci ilin avqustunda BBVB valyuta bölməsinin hərraclarında 10 bank iştirak edib. Hesabat ayında BEST-də 42 hərrac sessiyası keçirilib və 29 əqd qeydiyyata alınıb.
Səkkiz ayda birja valyuta dövriyyəsi 509,46 mln manat ekvivalenti olub. Bu, ötən ilin eyni dövründəkindən 14,3% azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında 1 USD üçün 0,03% artaraq 0,7845-dən 0,7846-ya artıb. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7853 AZN təşkil edib. İyulda o, 0,7853 AZN idi. --15B--
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 16:01
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 16:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz