- İqtisadiyyat
- 10 Sentyabr 2012, 16:01
- 182
Ucarda yeni kəsim sexi tikilir
Ucarda yumurta və quş əti istehsalı sexi tikilir.
Bu gün «Ucar Aqro MMC»nin yeni sexinin təməli qoyulub. 5 ha (cəmi sahə 87 ha) sahədə ən müasir texnolgiya ilə “halal” standartına uyğun quşçuluq məhsulları istehsalı nəzərdə tutulur. Sex işə düşəndən sonra saatda 6000 quş emal edəcək. Tikinti 18-20 aya başa çatmalıdır.
Yeyinti sənayesi ZQAN Holdinq üçün xarakterik deyil. Rəhbərliyin fikrincə, pilot layihə vəsaiti doğruldacaq. Holdinqin İH sədri Vaqif Həsənov jurnalistlərə sex barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, bu, ən müasir tələblərə cavab verən texnologiyaya malik istehsaldır. Avadanlıq Hollandiyanın “Meyn” şirkətinindir. Bu isə sürət və keyfiyyət deməkdir.
“Sex işə düşəndə burada 150-160 daimi iş yeri olacaq. Ümumilikdə fermada 800 nəfər çalışacaq. Şadam ki, tezliklə Ucar Agro-nun sexi quşçuluqda yeni keyfiyyət tətbiq edəcək» - deyə Həsənov bildirib.
ZQAN Holdinq uğurlu və dinamik idarəçiliyi olan şirkətdir. ZQAN Holdinq ZQAN şirkətlər qrupuna daxil olan şirkətlərin fəaliyyətinə rəhbərlik edir.
ZQAN şirkətlər qrupu tikinti məhsulları buraxır, bank, sığorta işi, tikinti, yük daşımaları, daşınmaz əmlak sahəsi və s. ilə məşğul olur. –17D—
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 15:47
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 16:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz