- İqtisadiyyat
- 10 Sentyabr 2012, 15:47
- 89
Sentyabrın 13-də Azərbaycan-Niderland biznes forumu keçiriləcək
Sentyabrın 13-də Bakıda Niderland Krallığının baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Niderland biznes forumu keçiriləcək
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətində Turan-a deyiblər ki, forumun işində logistika, sənaye, İKT, kənd təsərrüfatı, xidmət, enerji, memarlıq, infrastruktur, tikinti və mühəndislik, tullantıların idarə olunması və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcək.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin I yarısında Niderlanddan Azərbaycana mal idxalı $70,4 mln (+32,6%), ixrac $3,8 mln (+22,5%) olub.
Niderland Azərbaycana birbaşa investisiyaların həcminə görə liderlərdəndir. Azərbaycanda holland kapitallı çoxlu şirkətlər fəaliyyət göstərir. 08D
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 15:45
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 16:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz