AİF xətti ilə ipoteka kreditləşməsi 0,17% bahalanıb
Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 2012-ci ilin yanvar-iyulunda ümumi məbləği 39,8 mln manat olan ipoteka kreditləri veriblər. Bu, 2011-ci ilin eyni dövründəkindən 20,7% azdır.
Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən kreditləşmənin orta dərəcəsi 0,17% artaraq 7,08% olub. Aylıq ödəniş üzrə orta göstərici 4,2% artaraq 314,1 manat təşkil edib.
Kreditləşmənin orta müddəti 277 aya qədər artıb, verilən kreditlərin məbləği üzrə orta göstərici 1,2% azalaraq 38,9 min manat olub. --15B--
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 15:17
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 15:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz