Proqnozlaşdırılan vəsaitin 16,5%-i büdcəyə daxil olmayıb
Maliyyə Nazirliyi yanvar-sentyabrda dövlət büdcəsinin icrasına (operativ) dair məlumat (http://maliyye.gov.az/node/1979) açıqlayıb.
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10103,1 mln. manat, xərcləri 10622,2 mln manat olub, 519,1 mln manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Gəlirlər üzrə proqnoz 83,5%, xərclər üzrə 87,5% icra edilib.
Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 4926,3 mln manat, Neft Fondundan 3,26 mlrd, Gömrük Komitəsindən 1 mlrd 653,8 mln manat (ötən ilin eyni dövrünə nisbətən + 529,6 mln və ya 25,6%) daxil olub. Büdcə təşkilatlarından 192,9 mln, başqa mənbələrdən 70,1 mln manat daxil olub.
Dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4514,0 mln manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 mln. manat və ya 9,9 faiz çoxdur. Enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1151,7 mln. manat, investisiya layihələrinə 212,8 mln manat yönəldilib.
İcmal büdcəsində vəziyyət yaxşıdır – gəlirlər 14 mlrd 951 mln, xərclər 12 mlrd 623,4 mln, profisit 2 mlrd 327,6 mln manat olub. --17D—
-
- Cəmiyyət
- 14 Oktyabr 2016 14:12
-
- Sual-cavab
- 14 Oktyabr 2016 14:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz