Qafqaz İnkişaf Bankının 1 oktyabr üçün hesabatı
Qafqaz İnkişaf Bankının aktivləri 1 oktyabr üçün 8,4% artaraq 159 mln 363,2 min manat təşkil edib. Hesabat dövründə kredit portfeli 151 mln 336,5 min manat (+18,2%) olub.
Öhdəliklər 13,9% artaraq 95 mln 121,6 min manat, xalis mənfəət 967,7 min manat təşkil edib. Xüsusi kapital 1,1% artaraq 64 mln 241,5 min manat, nizamnamə kapitalı 60 mln manat olub.
Bankın depozitləri 8 mln 448 min manat (+3,5%), o cümlədən əhalinin əmanətləri 7 mln 789,4 min manat (mənfi 1,4%) təşkil edib.
«Qafqaz İnkişaf Bankı» 1996-cı ildən fəaliyyət göstərir. Müşahidə Şurasının sədri Eldar İsmayılov, İH sədri Zəki Kəngərlidir. --17D—
-
- Cəmiyyət
- 10 Noyabr 2015 15:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz