Qanunvericiliyin təkmilləşdirilməsi və QKDK-nı inkişafı layihəsinin təqdimatı olacaq
Noyabrın 22-də Four Season Baku hotelində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı” Tvinninq layihəsinin təqdimatı keçiriləcək.
QKDK mətbuat xidmətində Turan-a deyiblər ki, layihənin həyata keçirilməsi üçün Polşa Maliyyə Nəzarəti Agentliyi tseçilib. Onun həyata keçməsi üçün Aİ 1 mln avro ayırıb.
Qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin təkmilləşdirilməsi layihəsi çərçivəsində səhmdar cəmiyyətlərinə nəzarətlə bağlı Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Avropa Parlamentinin bu məsələ ilə bağlı direktivi Avropa məkanında kapitalın sərbəst axınının təmin edilməsi və səhmdarların strukturunda bir nəfər üstünlük edəndə minoritarların hüquqlarının qorunmasına istiqamətlənib. Azərbaycanda bu qanun layihəsi kiçik səhm paketi sahibləri tərəfindən reqressiv kimi qiymətləndirilib. Qanun layihəsi 95% səhmə malik olan şəxsin onların səhmlərini almasının icbariliyini nəzərdə tutur. Avropada bu norma SC-də yeni olub nizamnamə kapitalında payını 95%-ə çatdıranlara tətbiq edilir. 08D .
-
- Cəmiyyət
- 20 Noyabr 2012 16:17
-
- İqtisadiyyat
- 20 Noyabr 2012 16:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz